Türkiyə Naxçıvana dəmir yolunun tikintisi üçün tenderin hazırlanmasına başlayıb və layihəni 5 il ərzində başa çatdırmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu məlumat verib.

“Müsabiqə üçün texniki hazırlıq işləri davam edir, layihənin texniki-iqtisadi əsaslandırması təsdiq edilib. Qars-Naxıçıvan dəmir yolu xəttinin uzunluğu 224 km olacaq”, - deyə nazir bildirib.

Yolun xarici sərmayələr və kreditlərin cəlb edilməsi ilə çəkilməsi nəzərdə tutulur. Uraloğlu layihənin texniki sənədlərin hazırlanması məqsədilə 2023-cü il investisiya proqramına daxil edildiyinə aydınlıq gətirib. O, həmçinin 2024-cü il investisiya planının bəndlərindən biri kimi təklif olunacaq.

Nazirin sözlərinə görə, bu marşrut "xarici ticarət və tranzit daşımalarda Türkiyənin üstünlüyünü və rəqabət qabiliyyətini artıracaq".

Layihənin hazırlıq işlərinə 2019-cu ildə başlanılıb. Qarsdan Azərbaycan sərhədinə qədər olan marşrut üzrə Naxçıvan bölgəsində beş stansiyanın tikiləcəyi gözlənilir.