"Qənirə xanım türk dünyasının sevimlisi idi".

"Unikal" xəbər verir ki, bunu jurnalustlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım deyib.

"Onun ölümü bizim üçün çox kədərlidir. İkinci Qarabağ müharibəsindəki o həyəcanı, qəlbinin Qarabağla döyünməsi hər kəs üçün nümunədir.

O bizim üçün ölməyib, onun əziz xatirəsi hər zaman qəlbimizdə yaşayır və yaşayacaq. Çox sevəni var idi. Türkiyədə kimdən soruşsan hər kəsin onunla bir yaxşı xatirəsi var. Ən son Türkiyədə gəzib bir kitab yazmaq arzusunda idi. Amma ömür vəfa etmədi. Ruhu şad olsun".

Anar Kəlbiyev