"Qənirə xanımın istedadı jurnalistika səviyyəsinə sığmadı, ictimai-siyasi xadimə çevrildi".

Bu fikirləri "Unikal"a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov deyib.

O bildirib ki, Qənirə Paşayeva Azərbaycanda simvol simalardan biri idi:

"Xalq tərəfindən sevilən və çətinliyə düşən hər bir insana kömək etməyə çalışan bir şəxs idi. Bütövlükdə isə millətin tanınması, rifahı və birləşməsi üçün çalışırdı. Onu deyə bilərəm ki, Qənirə xanım qısa müddət ərzində böyük bir ömür yaşadı".

Anar Kəlbiyev