Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) nəzəri biliklərin peşəkar vərdişlərlə əlaqələndirilməsi tələbi hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Təsadüfi deyil ki, ATMU və  müvafiq sənaye müəssisələri arasında daim genişlənən əməkdaşlıq  əlaqələri nəticəsində universitetdə vaxtaşırı təlim və tədbirlər təşkil edilir.

"Unikal" xəbər verir ki,  Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və Kommunikasiya şöbəsi, Tələbə Gənclər Təşkilatı(TGT) və “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  birgə təşkilatçılığı çərçivəsində universitetin turizm bələdçisi ixtisası üzrə təhsil alan tələbələri “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda olublar. Ekskursiya iştirakçıları Qoşa Qala qapısı , Yeraltı Hamam Kompleksi (giriş), Qala divarları, Dördbucaqlı Qala, Sənətkar emalatxanası, Şirvanşahlar Sarayı Kompleksi (giriş), Miniatür Kitab Muzeyi, ,Ağa Mikayıl hamamı, Qasım bəy hamamı, Marionet teatrı, Kiçik Karvansaray (Art Garden), İki mərtəbəli karvansaray (Muğam Klub), Cümə məscidi, Qız Qalası, Sıratağlı Dini Memarlıq Kompleksi, Hacı Bani hamamı (ABAD), “Multanı” və “Buxara” karvansarayları, Zəncirli bina (Bakı Fotoqrafiya evi ), Bakı xanlarının sarayı, Xan bağı və “Dastan” showroom-u ziyarət ediblər.

 ATMU tələbələri ekskursiya və təlim formatında təşkil olunan tədbirdə adıkeçən qoruğun bələdçiləri Seyid Tağıyev və İlhamə Kazımovanın apardıqları ixtisas təlimindən bəhrələniblər.