Oktyabrın 8-də əsasən gecə və səhər saatlarında dağlıq rayonlarda magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.