ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 3,23% artaraq, 1 barelə görə 87,31 dollar təşkil edib.
"Unikal"ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 3,54% artaraq, 85,72 dollar olub.