"İsrail-Fələstin münaqişəsi fonunda neft qiymətləri üçün 3 senari söyləmək olar. Bunlar 95-105, 105-120 və 120-150 dollar".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, İsrailin rəsmən müharibəni bəyan etməsi 105-120 dollar senarisini daha gözlənilən edir:
"Lakin proseslərə Səudiyyə Ərəbistanın da qatılacağı təqdirdə üçüncü senari gözləniləndir. Hətta ABŞ-ın müdaxiləsi vəziyyəti daha da kritik həddə çatdırar və neft tarixinin ən böyük səviyyəsinə qədər bahalaşa bilər. Çünki nefti 121 dollara çatdıran səbəb, onu 150 və daha yuxarı səviyyəyə yüksəldə bilər".