Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 58 milyard 018,3 milyon manat təşkil edib.
“Unikal” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 13,1 % artaraq 5 717 manata çatıb.