2023-cü ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,5 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.
Dövlət Vergi Xidmətindən "Unikal"a bildirilib ki, bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 33793 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artım deməkdir.
2023-cü ilin 9 ayında 11868 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,2 faizi yerli investisiyalı, 12,8 faizi isə xarici investisiyalı qurumlardır.