Karyerasının zirvəsində ikən aktrisa Pınar Altuğla evlənərək aktyorluğu tərk edən Yağmur Atacan illər sonra açıqlama verib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Atacan sənətdən niyə getməsinin səbəbini belə izah edib:
"Uşağımız dünyaya gələndə aktyorluğa ara verdim. Sonra razılaşdıq ki, daha az pul qazanan işini tərk edəcəkdi. Mən də tərk etdim".
Qeyd edək ki, Yağmur Atacanla Pınar Altuğ 2008-ci ildə ailə qurublar. Cütlüyün Su adlı bir qızı var.