HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni və təşkilatın digər yüksək vəzifəli şəxsləri Qətərdə məskunlaşıblar. 

"Unikal" xəbər verir ki, bu barədə "Feasons" beynəlxalq hotellər şəbəkəsi bəyanat yayıb. 

Bildirilir ki, Haniyə illərdir Qətərin himayəsi altında paytaxt Dohadakı "Four Seasons" hotelində yaşayır və dəbdəbəli həyat sürür.  

"Haniyə Qətərin mühafizəsi və imkanlarından istifadə edir, burada qərarlaşdığı təşkilatın ofisləri var və HƏMAS-ın yüksək səviyyəli liderlərindən biri olan Xalid Məşəl ilə birlikdə qatil terror təşkilatı üçün sövdələşmələr yaradır. Ötən şənbə günü (oktyabrın 7-də -red.) dünyada vəhşi hücumla bağlı xəbərlər dərc olunmağa başladıqdan sonra Haniyə və təşkilatın digər yüksək vəzifəli şəxsləri Qətərdəki ofislərində bayram ediblər. Həmin yüksək vəzifəli məmurlar müharibə başlamazdan əvvəl ailələrini əvvəlcədən xəbərdar ediblər. Hətta onlar Qəzza zolağından qohumlarını evakuasiya ediblər ki, bu da fələstinlilərin, İran müxalifətinin və başqalarının onlara qarşı sərt tənqidlərə səbəb olub. İndi  lüks hoteldə vaxt keçirərkən insanlar əziyyət "çəkir". Qətərdə dünyanın ən yaxşı hotellərindən biri hesab edilən "Four Seasons"də HƏMAS-ın yüksək rütbəli məmurlarının dincəlməsi qəbuledilməzdir", - bəyanatda qeyd olunub. 

Gülayə Mecid