İsveç kralı və kraliçası Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovu Kral Sarayında qəbul ediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov "X" sosial şəbəkəsində bildirib. 

"Əlahəzrətlərinə inkişaf etməkdə olan Azərbaycan-İsveç münasibətləri haqqında məlumat vermək imkanına görə minnətdarıq", - deyə səfir qeyd edib. 

Ağarza Elçinoğlu