Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Görüş Pekində keçirilən "Bir kəmər, bir yol" forumu çərçivəsində baş tutub.

"İndiki geosiyasi şəraitdə təmasların davam etdirilməsi və münasibətlərin inkişaf etdirilməsi imkanlarının çox məhdud olmasına baxmayaraq, bir çox Avropa ölkələri ilə əlaqələrimizin qorunub saxlanması və inkişaf etməsi məmnunluq doğurmaya bilməz. Bu ölkələrdən biri də Macarıstandır", - deyə Rusiya prezidenti bildirib. 

***12:26

Rusiya prezidenti Vladimir Putin Pekində keçirilən “Bir kəmər, bir yol” forumu çərçivəsində vyetnamlı həmkarı Vo Van Tuonqla görüşüb.

"Unikal"  xəbər verir  ki, bu barədə  TASS məlumat yayıb. 

Vo Van Thuong bildirib ki, o, Rusiya Federasiyasını ölkələrin xarici siyasətində prioritet tərəfdaş hesab edir.