Kolumbiya İsrail səfiri Qali Daqanı ölkədən çıxarır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səfir Kolumbiya prezidenti Qustavo Petronu fələstinliləri dəstəklədiyinə və İsraili HƏMAS-ın hücumundan sonra günahlandırdığına görə tənqid edib. Bundan sonra prezident İsrail səfirinin ölkədən çıxarılmasına qərar erib. 

"Petro Daqanın üzr istəməli və ölkəni tərk etməli olduğunu bildirib", - deyə məlumatda qeyd olunub. 

Prezident həmçinin qeyd edib ki, Kolumbiya İsraillə beynəlxalq əlaqələri dayandıracaq. Kolumbiyaya ən böyük silah tədarükçülərindən biri olan İsrail, Petronun bu açıqlamasından sonra ölkəyə silah ixracını dayandırıb.

Ağarza Elçinoğlu