HƏMAS hərəkatı Qəzza zolağındakı girovlarla bağlı bəyanat yayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın nümayəndələri İsraildəki fələstinli məhbuslarla girovların dəyişdirilməsi imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bəyan ediblər.
“Sionist (İsrail - red.) həbsxanalarında altı min fələstinli kişi və qadın var, biz onları israilli girovların azad edilməsi müqabilində xilas etmək istəyirik. Müqavimətin bütün məhbusların həbsxanalarını boşaltmaq üçün kifayət qədər gücü var”, - bəyanatda qeyd olunub.