"Daha əvvəl Fələstin-İsrail münaqişəsi ilə bağlı Rusiyanın qətnamə layihəsini qəbul etməyən BMT Təhlükəsizlik Şurası növbəti dəfə üzərinə düşən vəzifələri yerinə yetirə bilməyib. Sülhü təmin etmək səylərimiz bölgəyə təyyarədaşıyanların göndərilməsi, Fələstin xalqına yardımın kəsilməsi və Qəzza əhalisinin kütləvi şəkildə cəzalandırılması kimi addımlarla iflasa uğradı".

"Unikal" xəbər verir ki, bu barədə  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Telegram- da yazıb .

Ərdoğan həmçinin qeyd edib ki, “Türkiyə Misir rəsmiləri ilə əməkdaşlıq edərək bölgəyə humanitar yardımla birlikdə 3 təyyarə çatdırıb”.

Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının Ciddədə fövqəladə toplantı keçirməsinə görə minnətdarlığını bildirib. "İƏT İsrailin artan zülmü, Fələstin xalqı ilə həmrəyliyi və Fələstin məsələsinə dəstəyi qarşısında İslam dünyasının qətiyyətini birbaşa nümayiş etdirir. Biz bütün bölgədə bunun həlli üçün böyük səylər göstərmişik.İnsan hüquq və azadlıqlarından söz düşəndə ​​daş qoymayan Qərb ölkələri ocağa odun atmaqdan başqa heç bir tədbir görməyiblər”, - Türkiyə lideri bildirib.

Ərdoğan Qəzza şəhərində Əl-Əhli xəstəxanasına endirilən zərbəni "iyrənc hücum", "insanlığa qarşı cinayət" və "Qəzzə xalqına qarşı soyqırıma bərabər" bir hərəkət adlandırıb.