İsrail və HƏMAS arasında atəşkəs əldə etməyə çağıran etirazçılar ABŞ Konqresinin binalarından birinə soxulublar.

"Unikal" xəbər verir ki, Bu barədə Amerika mətbuatı məlumat yayıb.

Hadisə yerindən görüntülər də internetdə yayılıb.

Dünyanın bir çox şəhərlərində fələstinlilərə dəstək aksiyaları keçirilir. Xüsusilə, daha əvvəl Praqanın mərkəzində yüzə yaxın insanın toplaşdığı mitinq barədə məlumat verilmişdi . 

Bundan əlavə, bu yaxınlarda naməlum şəxslər Almaniyanın paytaxtında yəhudi icmasına iki molotov kokteyli atıblar. Berlində antisemitizm hadisələri Fələstin və İsrail arasında münasibətlərin korlanmasından sonra başlayıb.