Polşanın paytaxtı Varşavada ticarət mərkəzində özünü "cansız maniken" kimi göstərərək oğurluq edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, 22 yaşlı şübhəlinin özünü cansız maneken kimi göstərərək ticarət mərkəzində qaldığı və bağlanan vaxtdan sonra zərgərlik dükanı da daxil olmaqla bir neçə iş yerinə girdiyi müəyyən edilib.

İş yerlərindən oğurluq edən şübhəlinin bəzi restoranlarda da yemək yediyi müəyyən edilib.

Oğurluqda şübhəli bilinən şəxsin 10 ilə qədər həbs oluna biləcəyi deyilir.