Bu gün lisenziyası ləğv edilən "Muğan Bank"da depozitlərin bir hissəsinin taleyi sual altındadır.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Ekspert qeyd edib ki, oktyabr ayının 1-i tarixinə "Muğanbank" ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:
"Mərkəzi bank açıqlamasında bildirib ki, bu müddətə Bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, hardasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır".