Pakistan hakimiyyəti İsrailin Qəzza zolağındakı təcavüzünü pisləyir və münaqişə zonasında humanitar dəhlizlərin yaradılmasına çağırır. 

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç həftəlik brifinq zamanı bildirib. 

"Biz dərhal atəşkəsə və humanitar yardımın sərbəst axını üçün humanitar dəhlizlərin yaradılmasına kömək etməyə çağırırıq", - deyə rəsmi əlavə edib. 

Qeyd olunub ki, Qəzzada kritik humanitar vəziyyəti nəzərə alaraq, Pakistan fələstinli müsəlmanlara 100 ton humanitar yardım göndərəcək. Zəruri tibbi ləvazimat, çadır və ədyal daşıyan çarter reysi bu gün günorta İslamabaddan Qahirəyə yola düşüb.

Ağarza Elçinoğlu