Ukraynanın rəhbərliyinə satanistlər soxulublar. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov öz teleqram kanalında yazıb

O, Ali Radada respublika ərazisində kanonik UOC-ni qadağan edən qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə münasibət bildirib:

"1917-ci ildə Oktyabr İnqilabından sonra hətta bolşeviklər də Rus Pravoslav Kilsəsini qadağan etməyə cəsarət etmədilər. Ukraynanın hazırkı rəhbərliyinə kök salmış satanistlər bunu məhv etmək qərarına gəldilər. Rəbb onların hakimidir!” – Cabarov yazıb.

Qeyd edək ki, oktyabrın 19-da Ukrayna Ali Radası Rusiya ilə əlaqəli dini qurumları qadağan edən qanunu birinci oxunuşda təsdiqləyib.   

Gülayə Mecid