İsrail Türkiyə də daxil olmaqla, region ölkələrindən səfir və diplomatlarını geri çağırıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, diplomatlar ölkəni iki ölkə arasında yaranmış diplomatik böhrana görə deyil, təhlükəsizlik baxımından tərk edəcəklər.

Bundan başqa, İsrail Türkiyəyə səyahət xəbərdarlığını dördüncü səviyyəyə, yəni “Yüksək təhlükə səviyyəsinə” qaldırıb. 

Qeyd edək ki, Türkiyədə İsrail əleyhinə aksiyalar keçirilir. 

Nuranə Abbasova