Qarabağda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlıları 5-i Azərbaycan tərəfi ilə birgə olmaqla 10 baza yerləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində deyilir.
“Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və mülki əhalinin hüquqlarının müdafiəsi məqsədi ilə Bakı və Xankəndi ilə fasiləsiz əlaqə saxlanılır.
Rusiya sülhməramlılarının cavabdehlik zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.
Ümumilikdə, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi sökülüb”, - məlumatda deyilir.