ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki hərbi bazası pilotsuz uçuş aparatları və raketlərin hücuma məruz qalıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və digər beynəlxalq qüvvələrin yerləşdiyi Ayn əl-Əsəd aviabazasına hücum edilib.

Belə ki, hücum “Qrad” reaktiv yaylım atəşi sistemi vasitəsilə həyata keçirilib. Ötən gün İraqdakı şiə qruplaşması ABŞ-ın Suriyadakı Ət-Tanf bazasına hücum edib. Bundan əlavə, eyni qrup Suriyanın Deyr əz-Zor şəhərinin şimal-şərqindəki Koniko qaz yatağında ABŞ bazasına raket hücumu həyata keçirib.