Rusiya prezidenti Vladimir Putin Rostov-na-Donuda Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargahına gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskovun sözlərinə görə, Putin Perm şəhərinə səfər etdikdən sonra gecə saatlarında Rusiya Silahlı Qüvvələrinin Rostov-na-Dondakı qərargahına da baş çəkib.

Qeyd olunub ki, Rusiya lideri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovdan xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı hesabatı dinləyib: "Müdafiə Nazirliyinin yüksək rütbəli rəhbərliyinin nümayəndələri ilə başqa söhbətlər də olub". 

Ağarza Elçinoğlu