"1991-ci ildə müstəqillik bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin üçdə biri Azərbaycanın nəzarətində deyildi. Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü respublikanın Qələbə tarixini Milli Müstəqillik Günü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb:
"Bəli, 2-ci erməni dövləti məhv edilib. 8 Noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirlməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. Birinci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir".
Anar Kəlbiyev