"Aviasiya sahəsində pilot kimi 30-40 il işləyənlər var. Sovet dövründə onlar pensiyaya çıxanda özləri və ailə üzvləri müəyyən imtiyazlara malik idilər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
"Belə ki, pilotlar uçuşlardan pulsuz istifadə edirdilər, onlara qızıl kartlar verirdilər, ailə üzvləri 50 faiz ödəniş edirdilər və s. Aldığımız məlumata görə, bu məsələ dayanıb. Bunun yenidən bərpası gözlənilirmi?" deyə deputat sual edib.
Anar Kəlbiyev