Xocalı qatili, azərbaycanlı dinc sakinlərə və əsirlərə qarşı xüsusi qəddarlığı ilə məşhur olan cani Vitali Balasanyan yenidən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. 

Məlumata görə, onun barəsində "Artsax"da başlanmış cinayət işinə xitam verilib, lakin oğluna qarşı da işin başlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Onun nə işlə məşğul olduğunu və niyə MTX-ya  getdiyini bilmirlər. Lakin yerli mətbuat Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüntülənməsindən yazıb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək ərazini tərk edib. 

Gülayə Mecid