Rusiya müharibənin 604-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 500 təyyarəsi, 252 helikopteri, 8104 PUA-sı, 441 zenit-raket kompleksi, 12 778 tank və digər zirehli texnikası, 1165 reaktiv yaylım atəş sistemi, 6837 artilleriya və minaatanı, 14 463 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.