Sosial şəbəkələrdə Ermənistanın baş nazirinin süni intellektdən istifadə edilərək yaradıldığı iddia edilən video yayılır. Fırıldaqçılar baş nazir Nikol Paşinyanın sifətindən istifadə edərək vətəndaşların pulunu oğurlamağa çalışırlar.
"Unikal"
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Sosial şəbəkələrdə, ilkin məlumatlara görə, süni intellektdən istifadə edilməklə görüntüsü yaradılan baş nazirin Tərəzi veb saytına qoşulmağa çağırdığı deyilir. Orada guya Mark Zukerberqlə birlikdə hazırlanmış proqramın köməyi ilə gündə 100 min dram qazanmaq olar.
Bu yolla fırıldaqçılar istifadəçiləri mənşəyi bilinməyən proqramlara cəlb etməyə və onların pullarını almağa çalışırlar.
Bununla bağlı Ermənistan İstintaq Komitəsinin Xüsusilə Əhəmiyyətli İşlər üzrə Departamentinin kibercinayətlərlə mübarizə şöbəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açıb.