19.07.2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə 17.10.2023-cü il tarixində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

"Unikal" xəbər verir ki, ilkin müayinələrdən sonra onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib. 

Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb. 

Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.