Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münaqişəsinin 15-ci günündə HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyə ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Qəzzada son vəziyyət və mövcud proses müzakirə edilib.

Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə ən qısa zamanda atəşkəsin təmin olunmasına çalışdığını bildirib.

Ağarza Elçinoğlu