Fələstinin Azərbaycandakı səfiri müsəlman ölkələrindən olan həmkarları ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Fələstinin Azərbaycandakı səfiri Əbdül Kərimin Qəzzada son vəziyyətlə bağlı keçirdiyi brifinqdə, xarici diplomatlar fələstinlilərə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak edib.