Şəkidə yaşayış evində yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın Şəki rayon Qaradağlı kəndində 1973-cü il təvəllüdlü Həmidov Nizami Şəfayət oğluna məxsus yaşayış evində baş verib.Yanğın yerinə Şəki YMH- dən yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 270 k/m olan 2 mərtəbəli yaşayış evinin 1 otağının döşəməsi və həmin otağa yığılmış 300 kq taxıl  yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli