Sabah Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirələcək.

"Unikal" Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

“Bəli, sabah Tehranda “3+3” formatında görüşün keçirilməsi nəzərdə tutulub. Təfərrüatları hələlik məlum deyil. Əlavə məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan XİN-i də bu görüşdə iştiraka razılıq verib.

Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunacaq.

“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

13:11

Sabah Tehranda XİN başçıları səviyyəsində "3+3" formatında görüş keçiriləcək.

"Unikal" xəbər verir ki, oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun oktyabrın 23-də Tehranda danışıqlarda iştirak edəcəyini təsdiqləyib.