Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehranda keçirilməsi planlaşdırılan “3+3” formatında danışıqlarda iştirak edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Bundan əvvəl iran mediası Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin oktyabrın 23-də Tehranda “3+3” formatında görüşcəyi barədə məlumat yayıb.
Oktyabrın 20-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehrandakı görüşdə iştirak edəcəyini bəyan edib.
Xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi, Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə ediləcək.
Qeyd edək ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.