Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfər edib. 

"Unikal" xəbər verir ki, naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan qarşılayıb.

Ceyhun Bayramov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İrandadır. 

***11:29

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə "Unikal"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir “3+3” formatında birinci nazirlər görüşündə iştirak edəcək.