Azərbaycanda Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili məlumat verib.
Komitə sədri bildirib ki, qanunvericilikdə Rəyasət Heyətinin sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir: “Açıq səsvermə yolu ilə keçirilməsi müəyyən dərəcədə konfliktlərə, bir çox hallarda təzyiqlərə, səsvermənin gedişinə maneə olan halların ortaya çıxmasına səbəb ola bilər. Təklifimzi ondan ibarətdir ki, səsvermə qapalı olmalıdır. Həmçinin, qanunverilikdə açıq səsvermə ifadəsinin qarşısından “açıq” sözünün çıxarılmasını təklif etdik. Onun açıq və ya qaplı olacağını isə gələcəkdə müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilər”.
Anar Kəlbiyev