Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan oktyabrın 26-da Tbilisidə keçiriləcək "İpək Yolu" dördüncü beynəlxalq konfransında iştirak edəcəklər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirlər konfransın açılış iştirakçıları sırasına daxil ediliblər. Konfransı Gürcüstanın baş naziri İrakli Qaribaşvili açacaq.
Forumun diqqət mərkəzində iqtisadi əməkdaşlıq məsələləri olacaq.
Ağarza Elçinoğlu