Cənubi Qafqaz regionunda müharibə başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında açılış nitqi ilə çıxış edərkən bildirib.
O qeyd edib ki, indi Cənubi Qafqaz regionunda sülh, əməkdaşlıq və tərəqqi zamanıdır.
“İnanırıq ki, bölgədə əcnəbilərin olması nəinki problemi həll etməyəcək, əksinə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq”, - XİN rəhbəri vurğulayıb.