“Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib”.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib.
“2023-cü ilin üç rübünün yekunlarına əsasən, sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9% olub”, - deyə nazir paylaşımda bildirib.