Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məhsul istehsalı və xidmət sahələrinə qoyulmuş investisiyaların məbləği ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,8 % və 27,4 % çox olub.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 % çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2 % artıb.