Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

"Ermənistan ərazisindən keçən beynəlxalq kommunikasiyaların, yüklərin, nəqliyyat vasitələrinin, insanların təhlükəsizliyini təmin etmək üçün Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq", - deyə Paşinyan qeyd edib. 

Paşinyan həmçinin təqdim etdiyi regional nəqliyyat dəhlizləri xəritəsində Azərbaycanın ərazi bütövlüyünə tam riayət edib.

Ağarza Elçinoğlu