Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionun inkişafına böyük töhfə verəcək.

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Tbilisi Bakı ilə İrəvan arasında davamlı sülhün əldə olunmasına kömək etməyə hazırdır.

Siyasətçi həmçinin bildirib ki, Gürcüstanın enerji potensialı regionun inkişafına böyük töhfə verə bilər: "Anakliyada yeni limanın tikintisi bunun bariz nümunəsidir. Yük dövriyyəsi 1 milyon ton olacaq liman vasitəsilə biz Qərblə Şərq arasında bir çox beynəlxalq layihələrə dəstək verə biləcəyik".

Qaribaşvili əlavə edib ki, Gürcüstanda alternativ enerjinin inkişafı istiqamətində mühüm işlər görülür: "Azərbaycanın elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya çatdırılacaq". 

Ağarza Elçinoğlu