"Mən Azərbaycanla razılığa gəldiyimiz digər iki mühüm sülh prinsipini təqdim etməyi zəruri hesab edirəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

Ermənistanın baş naziri qeyd edib ki, sözügedən sülh prinsipləri bunlardır: "Ermənistan və Azərbaycan Ermənistan ərazisinin 29 min 800 kv/km, Azərbaycanın ərazisinin isə 86 min 600 kv/km olduğunu qeyd edərək bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır. Ermənistan və Azərbaycan 1991-ci il Almatı bəyannaməsinə əsasən sərhədlərin delimitasiyasına razılaşırlar". 

Ağarza Elçinoğlu