Dünyaca məşhur Hollivud ulduzu Ceyson Stethem Fələstinə verdiyi dəstəklə gündəm olub. 

"Unikal" xəbər verir ki, münaqişə başlayandan bəri bir çox tanınmış ad sosial media hesablarında Fələstinə dəstək olublar. Lakin Ceysonun bu mövzuya səssiz qalması insanların diqqətini çəkib. 

Məlum olub ki,  aktyor  avtomobilinin ön hissəsinə Fələstin bayrağını asıb. Onun bu görüntülərini pərəstişkarları sosial mediada paylaşıb. Qısa zamanda foto çox sayda bəyəni toplayıb.  

Sonradan məlum olub ki,  fotodakı şəxs Ceyson deyil. Fotonu təhlil edən bəzi istifadəçilər britaniyalı aktyorun oxşarının olduğunu bildiriblər. Ceyson hələlik bununla bağlı mətbuata açıqlama verməyib.