Kanada Ermənistana 2 müşahidəçi göndərəcək.

"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib. 

"Kanada xarici işlər naziri bildirib ki, Kanada Aİ-yə daxil olmayan ilk ölkədir ki, Ermənistana müşahidəçi göndərmək arzusunu ifadə edir və qısa müddət ərzində Ermənistana 2 müşahidəçi gələcək. Ümid edirik ki, Kanada da gələcəkdə bu sərmayəni genişləndirəcək", - Hovhannisyan brifinqdə bildirib.

Ağarza Elçinoğlu