Rusiya və Ermənistanın qəzet vasitəsilə əlaqə saxlaması yaxşı deyil. 

"Unikal" xəbər verir ki,  bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O,  Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə Ermənistanın təhlükəsizlik sahəsində münasibətləri barədə Amerikanın “The Wall Street Journal” nəşrinə müsahibəsini şərh edib. 

Peskov əlavə edib ki, Kreml Paşinyanın “The Wall Street Journal”da dərc olunmuş bəyanatları ilə bağlı erməni tərəfdən tam məlumat alacağını gözləyir.

“Biz “The Wall Street Journal”ı əsas mənbə kimi qəbul etməyə meylli deyilik. Ona görə də biz hələ də cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik və təbii ki, erməni dostlarımızla söhbətdə biz hər şeyi alacağımızı gözləyirik". 

Bundan əlavə, Dmitri Peskov deyib ki, Moskva və İrəvanın “qəzetlər, xüsusən də “The Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yersizdir.

Peskov əlavə edib ki, Azərbaycan və Ermənistana sülh müqaviləsi bağlamaq üçün səylər davam edir. Onun sözlərinə görə, bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır.

Gülayə Mecid