"Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq müqavilə imzalayıblar".
"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, İrandan keçməklə Naxçıvana çıxışı olan yol uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir: "Ermənistan ərazisindən keçən dəmir yolunun 42 km olacağı təxmin edilirdi, bildiyimə görə, İran ərazisindən keçən dəmir yolu təxminən 50 km-dir, bütün fərq budur: iki körpü və 8 km".
O, Ermənistanın Meqridən keçən yolun tikintisi vasitəsilə Şimal-Cənub layihəsində iştirakı məsələsinə də münasibət bildirib. Overçukun sözlərinə görə, layihənin bir hissəsi kimi Zəngəzur hissəsi hazırda Ermənistan tərəfindən dəqiq mövqe olmadığına görə nəzərdən keçirilmir: "Ermənistan indi Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Zəngəzur dəhlizi ilə bağlı yekun mövqe formalaşdırmayıblar".
Ağarza Elçinoğlu