"Ziraat Bank Azərbaycan" Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi üçün vətəndaşlara dəstək olmağa davam edir.
"Unikal" xəbər verir ki, bu dəfə Bank proqram çərçivəsində müharibə iştirakçılarını və müharibə iştirakçısının ailə üzvünü lazımi avadanlıqlarla təmin edərək öz şəxsi bizneslərini qurmağa yardımçı olub.
Qeyd edək ki, Bakı şəhəri sakini, müharibə iştirakçısı O. İsmayılov telefon təmiri, Xətai rayonu sakini, müharibə iştirakçısı S. İskəndərov kiçik fotoatelye, Göranboy rayonu sakini, müharibə iştirakçısının ailə üzvü F. Qəhrəmanov isə avtoçilingər avadanlıqları ilə təmin olunaraq öz ailələrini maddi cəhətdən təmin etmək üçün imkan əldə ediblər.
Özünüməşğulluq proqramı “Ziraat Bank Azərbaycan” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında imzalanmış memorandumun icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və ya mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, bu günədək "Ziraat Bank Azərbaycan" Bakı, Sumqayıt, Salyan, Mingəçevir, Ağdam, Qaradağ və s. bölgələrimizdə yaşayan bir çox vətəndaşımıza öz şəxsi bizneslərinin qurulmasında öz töhfəsini verərək dəstək olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.